Logo

AzTU-da təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir

17.09.2022 17:14 461 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) 2022/2023-cü tədris ili üzrə (əyani və qiyabi) ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu sentyabrın 20-dək davam edəcək.

AzTU-dan "Tehsil.biz"ə bildirilib ki, təkrar ali təhsilə sənəd qəbulu yalnız elektron qaydada (http://tekrar-alitehsil.aztu.edu.az:9594/) həyata keçirilir.

Qəbul olmaq istəyənlər müvafiq sənədləri elektron qaydada təqdim etdikdən sonra müəyyən tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanacaqlar.

Namizədlər ətraflı məlumat üçün [email protected] ünvanına yaza bilərlər.

Xəbər lenti