Logo

Azİİ e-Kitab Evinin fonduna daxil edilmiş yeni nəşrlər sərgilənib - FOTO

17.09.2022 19:37 460 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evinin fonduna daxil edilmiş yeni kitabların sərgisi keçirilib.

Bu barədə ADNSU-dan məlumat verilib.

Tədbirdə 2021-2022-ci tədris ilində Azİİ e-Kitab Evinə daxil edilmiş və müxtəlif elm sahələrinə aid kitab və jurnallar, dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, dissertasiya işi, iqtisadi və statistik göstəricilər və digər materiallar nümayiş olunub. Eyni zamanda, sərgidə II Qarabağ müharibəsində Azərbaycanın Zəfər salnaməsini yazan qəhrəman Vətən övladlarına və ADNSU-nun şəhid məzunlarına həsr olunmuş kitablar yer alıb.

Ümumilikdə tədbirdə Azərbaycan, rus, ingilis dillərində olan 36 adda kitab, 9 adda dissertasiya işi və jurnal nümayiş etdirilib.

Xəbər lenti