Logo

Aprel döyüşləri şəhidi Müşfiq Orucovun doğum günüdür

18.09.2022 23:02 642 baxış
IMG

Bu gün Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Aprel döyüşləri şəhidi Müşfiq Orucovun doğum günüdür.

Tehsil.biz xəbər verir ki, Müşfiq Orucov 1994-cü il sentyabrın 18-də Bakıda anadan olub.

7 saylı Zəngilan orta məktəbini bitirən Müşfiq Orucov 2011-ci ildə AzTU-nun Avtomatika və kompüter texnikası fakültəsinə qəbul olunub. 2015-ci ildə universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2016-cı il aprelin 5-də Tərtər döyüşlərində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə Müşfiq Orucov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Xəbər lenti