Gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektor köməkçisi Riyad Arif oğlu Rüstəmlinin “Siyasi proseslər və maraq qrupları” adlı monoqrafiyası çap olunub.
Bu barədə "Tehsil.biz"ə ADPU-dan məlumat verilib.
Bildirilib ki, elmi redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru, professor Əli Əhmədov olan “Siyasi proseslər və maraq qrupları” adlı monoqrafiya ölkəmizdə bu mövzuya aid ilk fundamental tədqiqat əsəridir.
