Logo

Rezidenturanın boş qalan plan yerlərinə ixtisas seçimi BAŞA ÇATIR

19.09.2022 10:36 444 baxış
IMG

Rezidenturanın boş qalan plan yerlərinə ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

Tehsil.biz Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, sentyabrın 19-u saat 09:50-dək olan məlumata görə, 67 (Azərbaycan bölməsi -66, rus bölməsi - 1) nəfər ərizəsini təsdiqlədib.

Boş qalan plan yerlərinə qəbul üçün ixtisas seçimi qəbul qaydalarının 4.1-ci və 4.2-ci bəndləri (bax: “Rezidentura” jurnalı №1, 2022, səh.3) nəzərə alınmaqla onlayn qaydada həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.

Xəbər lenti