Logo

Bu gün müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi başa çatır

19.09.2022 11:22 230 baxış
IMG

Bu gün müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi başa çatır.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, təhsilverənlərin müsahibə nəticələri gündəlik olaraq emal edilir. Emalı başa çatmış müsahibə nəticələri ilə bağlı məlumat müəllimlərin şəxsi kabinetlərinə mərhələli şəkildə göndərilir.

Qeyd edək ki, müsahibə zamanı müəllimlər müvafiq komissiya tərəfindən proqram üzrə mövzunu təqdimetmə, təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı meyarları üzrə qiymətləndirilir.

Xəbər lenti