Logo

Bu təhsil müəssisəsində müəllimlərin əməkhaqları 50 faiz artırıldı

19.09.2022 11:24 2545 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində saathesabı dərs deyən müəllimlərin əməkhaqları 50 faiz artırılıb.

Bu barədə "Tehsil.biz"ə UNEC-dən məlumat verilib.

Bildirilib ki, UNEC-də saathesabı qaydada dərs deyən müəllimlərin sosial rifahının yüksəldilməsi, maddi durumunun yaxşılaşdırılması və fəaliyyətlərinin stimullaşdırılması məqsədilə əməkhaqları artırılıb.

UNEC-in Elmi Şurası saathesabı qaydada aparılan dərslərə görə (Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE), SABAH mərkəzi, BMDM, UNEC Biznes Məktəbi istisna olmaqla) müəllimlərə ödənilən məbləğin 2022/2023-cü tədris ilindən 50 faiz artırılması barədə qərar qəbul edib. Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində isə saathesabı qaydasında aparılan dərslərin hər saatına görə ödənişin məbləği 22 manatdan 27 manatadək yüksəldilib.

Xəbər lenti