Tehsil.biz xəbər verir ki, açılış mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayonu üzrə təhsil sektorunun müdiri Elmir Cəfərov, Heydər Əliyev Fondunun nümayəndəsi Şamil Əzizov, məktəbin müəllim və şagird kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin müdafiəsi uğrunda həlak olmuş bütün vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, Quşçu qəsəbəsində müəllim və şagirdlərinin istifadəsinə verilən yeni məktəb binası 80 şagird yerlik tədris ocağında 10 sinif otağı, 1 müəllimlər otağı, 1 kitabxana mövcuddur. Tədris prosesi üçün zəruri avadanlıqlar, internet şəbəkəsi, kompüter, mebel və digər inventarlarla təchiz olunan məktəbdə 55 şagird təhsilini davam etdirəcək.