Şəmkir rayonunun Ələsgərli kəndində 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılmasına 386 min manat ayrılıb.
Tehsil.biz xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında” 2022-ci il 19 sentyabr tarixli Sərəncamında əksini tapıb.
Sərəncama əsasən, Azərbaycanda yeni modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə Elm və Təhsil Nazirliyinə 5 milyon manat ayrılıb.