Logo

BDU-nun Hirş indeksi 2022-ci ilin ilk 8 ayı ərzində 4 bal artaraq 53-ə çatıb

19.09.2022 20:46 408 baxış
IMG

Təhsil-elm-istehsalat triadası üzrə kreativ düşüncəli və konvergens biliklərə malik mütəxəssislərinin hazırlanmasını, ən müasir cihaz və avadanlıqlarla təchiz olunmuş sənaye yönümlü elmi-tədqiqat mərkəz və laboratoriyaların yaradılmasını özünün əsas prioritetlərindən biri kimi inkişaf etdirən Bakı Dövlət Universitetinin (BDU) Hirş indeksi 53 olub.

Tehsil.biz xəbər verir ki, “Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, 2022-ci ilin ilk 8 ayı ərzində BDU-nun Hirş indeksi 4 bal artaraq 53-ə çatıb. Hirş indeksi  alimlərin, elmi təşkilatın fəaliyyətinin elmi əsərlər və həmin əsərlərə istinada görə kəmiyyət göstəricisidir. Hər bir əsərə istinadların orta sayı isə 6.2-yə qədər yüksəlib.

Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorantları və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 3629 elmi əsər nəşr edilib. Bu əsərlərə 22000-dən çox istinad olunub. 2022-ci ilin ilk 8 ayı ərzində “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən 162 əsər nəşr edilib və həmin əsərlərə 3400-dən çox istinad olunub.

Qeyd edək ki, bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında liderliyini qoruyur.

Xəbər lenti