Tanınmış jurnalist Rəşad Rüstəmov vəfat edib.
Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Jurnalistin bu gün 53 yaşında dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, R. Rüstəmov uzun müddət “Zerkalo” qəzetində, Qafqaznews.az, Haqqin.az saytlarında işləyib. O, eyni zamanda AMEA Tarix İnstitunun böyük elmişi işçisi kimi çalışıb və onlarla elmi məqalənin müəllifidir.