Paytaxtın Xətai rayonunda yerləşən 263 nömrəli tam orta məktəbin əsaslı tikinti-təmirdən sonra açılışı olub.
Tehsil.biz xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə məktəbin köhnə binası sökülərək yeni kompleks (idman və akt zalı ilə) inşa edilib.
Yeni bina 4 mərtəbəli, 2256 şagird yerlikdir.
Məktəb kompleksi Xətai rayonu, Əhmədli qəsəbəsi, General Mehmandarov küçəsi 78 ünvanında yerləşir. Məktəbin ərazisi 20681 kv metr, kompleksin ümumi sahəsi – 17701 kv. metrdir.
Məktəbdə 78 sinif otağı, 2 informatika, 2 kimya laboratoriyası, 2 fizika laboratoriyası, 2 biologiya laboratoriyası, 1 hərbi otaq, 2 əmək otağı, 10 (yarımqrup üçün) xarici dil otaqları, geniş kitabxana, yeməkxana akt zalı, idman zalı, tibb otağı, müəllimlər üçün otaqlar, texniki otaqlar yaradılıb.
İstilik xətləri yenidən qurulub, yeni qazanxana tikilib. 2 su anbarı yaradılıb. Məktəb lazımı mebel, ləvazimat və inventarlarla, dərsliklərlə tam təmin edilib.
Məktəbin ətraf ərazisi abadlaşdırılıb, məktəbə uzanan yollar asfaltlanıb, yaxınlıqdakı həyətlərdə istirahət guşələri yaradılıb və idman qurğuları quraşdırılıb.