Logo

15 yaşlı oğlandan uşaq doğan 13 yaşlı qız məktəbə getmir - SƏBƏB

20.09.2022 23:03 118 baxış
IMG

"Dünən 13 yaşlı qızı xəstəxanadan çıxardım. Sığınacaqda onun reabilitasiyaysı, psixoloji durumu və səhhəti ilə bağlı müalicələr gedir".

Bunu lent.az-a açıqlamasında 13 yaşlı qızın 15 yaşlı oğlandan dünyaya uşaq gətirməsindən danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. O bildirib ki, qız məktəbə getmir:

"O, hələ bu tezliklə məktəbə gedə bilməz. Tam sağalandan sonra gedə bilər. Körpənin vəziyyəti stabildir. Hazırda doğum evindədir. İndi sənədləşmə aparırıq. 13 yaşlı qızın özü uşaq olduğu üçün mütləq dünyaya gətirdiyi uşağın qəyyumluğunu kimsə üzərinə götürməlidir".

Onun sözlərinə görə, sabah körpənin vəziyyəti qiymətləndiriləcək:

"Bu qəyyumluğu da uşağın nənəsi, yəni 13 yaşlı qızın anası şifahi olaraq mənə verib. Ehtimal edirəm ki, sabah icra hakimiyyəti, sosial xidmətlər agentliyindən, həm də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən uşağın vəziyyətinin qiymətləndirmək üçün monitorinq qrupu gələcək".

Xəbər lenti