Odlar Yurdu Universitetinin bufetində oturmaq üçün stullar yığışdırılıb.
Tehsil.biz xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" səhifəsi məlumat yayıb.
Bildirilib ki, bufetdə yalnız müəllimlər üçün olan oturacaqlar qalıb.
"Səbəb olaraq isə tələbələrin bufetdə çox vaxt keçirmələri göstərilir. Tələbələr narazılıq edir", - deyə qeyd olunub.