Logo

“5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”na hazırlıq işləri davam edir

21.09.2022 09:57 226 baxış
IMG

Sentyabrın 28-29-da “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı” (“EaPEC 2022”) keçiriləcək.

AMEA-dan bildirilib ki, Avropa ölkələrinin alim və mütəxəssislərini bir araya gətirəcək tədbir GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” layihəsi çərçivəsində reallaşdırılacaq.

“EaPEC 2022” konfransına hazırlıqla əlaqədar olaraq müşavirə keçirilib.

Müşavirədə AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev, Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov, konfransın təşkilat komitəsinin üzvləri, seksiya iclaslarının moderatorları və digər məsul şəxslər iştirak ediblər.

Görüş zamanı “EaPEC 2022” konfransının tədbirlər planı çərçivəsində görülmüş işlər, açılış mərasimi və seksiya iclaslarının təşkili, eləcə də konfransa qədər həyata keçirilməsi zəruri olan digər təşkilati məsələlər barədə məlumat verilib.

Həmçinin beynəlxalq konfransın təşkili ilə bağlı texniki xarakterli məsələlər müzakirə olunub.

Xəbər lenti