Logo

"Elm və Təhsil Nazirliyi susur" dedi, nazirlik rəsmisi cavab verdi

21.09.2022 11:08 441 baxış
IMG

"Tədris ili başlayıb, lakin Dövlət İmtahan Mərkəzi hələ də tələbələrin əmrlərini ali məktəblərə göndərməyib. Görəsən səbəb nədir? Bəlkə elmi-statistik təhlil aparırlar? Niyə elm və təhsil naziri bunu DİM-in rəhbərindən soruşmur?"

Tehsil.biz xəbər verir ki, bu fikirləri deputat Etibar Əliyev feysbuk hesabında yazıb.

Millət vəkili daha bir vacib məqamın ali məktəblərə xarici tələbələrin qəbulunun Elm və Təhsil Nazirliyi tərəfindən aparılması olduğunu bildirib:

"Bu absurddur. Sonra deyirik ki, universitetlərimizə oxumağa gələn xarici tələbələrin sayı ilbəil azalır. Tələbə adını qazanan 2395 nəfər təhsil almaqdan imtina edib. Səbəb nədir? Elm və Təhsil Nazirliyi və DİM hələlik susur. Özəl ali məktəblərə niyə etimad azalıb? Bəlkə bu tip ali məktəblər kolleclərə çevrilsinlər? Bunu eşidən bizim özəl ali məktəb rəhbərləri yəqin ki, inciyəcəklər. Kolleclər qərb və Amerika təhsil sistemlərinin özəyi sayılır. İnanın ki, bizimkilər o ölkələrin kollec proqramları əsasında da təhsil qura bilməzlər".

Etibar Əliyevin yazısına şərh verən Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə belə söhbətin tamamilə yalan olduğunu qeyd edib.

"Ötən ilin (2020-2021) statistikasına görə, ölkədə 7400-dək əcnəbi tələbə təhsil alır ki, bu da əvvəlki illə nisbətdə 12 %-lik artım deməkdir. 2022-2023-cü tədris ili üçün əcnəbilərin qəbulu davam etməkdədir. Əcnəbi tələbələri də ancaq universitetlər qəbul edir. Əcnəbilərin təhsilində universitetlər tam müstəqildir", - nazirlik rəsmisi bildirib.

Xəbər lenti