Logo

Qazi övladına hörmətsizlik edən məktəb direktoruna töhmət verildi - RƏSMİ

21.09.2022 13:33 706 baxış
IMG

"Vətən Müharibəsi iştirakçısı, qazi polkovnik Elşən Umarovun övladının təhsilini davam etdirməsi üçün Bakı şəhəri 227 nömrəli tam orta məktəbə müraciəti zamanı məktəb direktoru Sevinc Hüseynova tərəfindən ona qarşı kobud rəftar edilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən araşdırma aparılıb".

Tehsil.biz xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, araşdırmanın nəticələrinə əsasən, məktəbin direktoru Sevinc Hüseynovaya əmək fəaliyyəti zamanı yol verdiyi nöqsanlara, vətəndaş qəbulu qaydalarına uyğun vəzifə funksiyalarını düzgün yerinə yetirmədiyinə, “Müəllimlərin  etik  davranış  qaydaları”nın tələblərini pozduğuna və müəllim nüfuzuna xələl gətirən hallara yol verdiyinə görə intizam tənbehi kimi töhmət verilib:

"Qeyd edək ki, sentyabrın 19-da BŞTİ rəhbərliyi qazi polkovnik Elşən Umarovla görüşüb və övladının təhsili üçün yaradılmış şəraitlə bağlı söhbət aparılıb.
Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır", - İdarənin məlumatında qeyd olunub.

Xəbər lenti