Logo

Aqrar Universitetdə mühəndislik istiqamətlərində yeni dərs vəsaitlərinin təqdimatı keçirilib

21.09.2022 14:34 288 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsinin Elektrik mühəndisliyi kafedrasında yeni dərs vəsaitlərinin təqdimatı olub.

Tehsil.biz xəbər verir ki, tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Sonra çıxış edən Mühəndislik fakültəsinin dekanı Təvəkgül İslamov bildirib ki, yeni dərs vəsaitləri – “Müasir avtomatika”, “Sənayenin avtomatlaşdırılmasının əsasları” və “Aqrar istehsalatda texnoloji proseslərin avtomatlaşdırılması” vəsaitləri fakültədə müvafiq ixtisaslar üzrə dərs alan tələbələr üçün qiymətli mənbələr olacaq.

Dərs vəsaitlərinin təqdimatından sonra kitablar haqqında müzakirələr aparılıb.

Xəbər lenti