Logo

31 müəllim sertifikasiyanın müsahibə mərhələsindən kəsilib

21.09.2022 16:44 819 baxış
IMG

Təhsilverənlərin sertifikatlaşdırılmasının test mərhələsindən uğurla keçən 8766 nəfərdən 59-u müsahibə mərhələsində iştirak etməyib.

Tehsil.biz xəbər verir ki, test mərhələsində ümumilikdə 11 133 nəfər təhsilverən iştirak edib və onlardan 8 766 nəfər təhsilverən müəyyənləşdirilmiş keçid balını toplayıb.

12-19 sentyabr tarixlərində keçirilən müsahibələrdə iştirak edən 8707 müəllimdən isə 8676-sı uğur qazanıb. 31 nəfər isə müsahibə mərhələsindən kəsilib.

Xəbər lenti