Logo

ADU-da “Erasmus+” proqramı çərçivəsində dərslər tədris olunub

21.09.2022 17:18 291 baxış
IMG

Azərbaycan Dillər Universitetində universitetin Fransız dilinin fonetikası və qrammatikası kafedrasının “Erasmus+” proqramı çərçivəsində təşkil etdiyi müştərək dərslər tədris olunub.

Tehsil.biz xəbər verir ki, 16.09.2022-ci il və 19.09.2022-ci il tarixlərində  “Erasmus +” müəllimlərin mübadilə proqramı çərçivəsində Ruminiyanın Pitişni Universitetinin müəllimləri Liliyana Voykuleski, Kristina Unqureaku ilə birgə ADU-nun Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müəllimləri f.f.d, dos. Teybə Cəlilova və b/m. Ağabikə Əliyeva Filologiya fakültəsinin II və III kurs  tələbələrinə Fransanın mədəniyyəti, regionları, fransız dilinin tədrisi mövzusunda   6 saat dərs tədris ediblər.

Eyni zamanda həmin müəllimlər kafedranın  müdiri, professor əvəzi Ülfət İbrahimin I kurs tələbələrinə tədris etdiyi fonetika və qrammatika dərslərində də iştirak ediblər.

Keçirilən mövzular slayd vasitəsilə təqdim olunub və dərs müddətində müəllimlər tələbələrin suallarını cavablandırıblar.

Xəbər lenti