Logo

Həştərxan Dövlət Universitetinin prorektoru ilə BSU əməkdaşları arasında görüş keçirilib

21.09.2022 17:30 77 baxış
IMG

Sentyabrın 21-də N.Tatişev adına Həştərxan Dövlət Universitetinin rektoru K. A.Markelovun təşəbbüsü ilə Həştərxan Dövlət Universitetinin prorektoru Angelina Fadina və Bakı Slavyan Universitetinin (BSU) əməkdaşları arasında görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə BSU-nun Təhsil fakültəsinin dekanı, dosent Sevinc Axundova, Beynəlxalq proqramlar və akademik mobillik şöbəsinin müdiri Ülviyyə Məmmədova, Praktiki rus dili və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Güney Məhərrəmova iştirak ediblər.

Görüşdə universitetlər arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsi, ortaq təhsil və tədqiqat proqramlarının işlənməsi, tələbə və müəllim mübadiləsi, həmçinin BSU-da “Psixologiya” istiqamətinin inkişafı sahəsində təcrübə mübadiləsi, “Rus dili üzrə “Xarici dil müəllimliyi” ixtisasında təhsil proqramının yaradılması və tətbiqi” adlı qrant layihəsinin beynəlmiləşmə strategiyası çərçivəsində implementasiyası barəsində ətraflı müzakirələr aparılıb.

Xəbər lenti