Logo

Azyaşlının polis tərəfindən döyülməsi iddiası araşdırılır

21.09.2022 18:14 284 baxış
IMG

"Yevlax rayonunda azyaşlının polis tərəfindən döyülməsi iddiası araşdırılır".

Bu barədə Daxili İşlər Nazirliyininj Mətbuat Xidmətinin Bərdə Reginal qrupundan məlumat verilib.

Bildirilib ki, Yevlax rayonunda yaşayan bir nəfər Rayon Polis Şöbəsinə müraciət edərək azyaşlı oğlunun sinif yoldaşı tərəfindən döyülməsi barədə müraciət edib:

"Rayon sakini olan qarşı tərəf də azyaşlı övladının həmin uşağın polis əməkdaşı olan valideyni tərəfindən döyülməsi barədə müraciət edib. Qeyd edilən müraciətlərlə əlaqədar müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir. Araşdırmaların yekunu barədə əlavə məlumat veriləcək".

Xəbər lenti