Logo

Coğrafiya İnstitutunda dissertasiya işlərinin mövzuları təsdiq edilib

21.09.2022 21:15 240 baxış
IMG

Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminovun sədrliyi ilə Elmi şuranın növbəti iclası keçirilib.

İnstitutdan bildirilib ki, tədbirdə 2022-ci il üçün coğrafiya üzrə fəlsəfə və elmlər doktoru hazırlığı istiqamətində doktorantura və dissertanturaya qəbul haqqında məsələ və onların dissertasiya işlərinin mövzuları müzakirəyə çıxarılıb. Mövzular ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib. Müəssisə rəhbəri qeyd edib ki, dissertasiyaların yazılmasında ölkə üçün daha vacib olan, aktuallıq kəsb edən mövzuların seçilməsi zəruridir. Z.Eminov, həmçinin müasir dövrün tələblərinə uyğun olaraq, tədqiqat işlərinin aparılmasında coğrafi informasiya vasitələrindən istifadə edilməsini məqsədəuyğun hesab edib.

İclasda “Kiçik Qafqaz geosistemlərinin struktur-genetik xüsusiyyətləri və antropogen transformasiyası”, “Müasir qlobal iqlim dəyişmələri fonunda Xəzər dənizinin səviyyə tərəddüdləri”, “Azərbaycan Respublikasında sosial-mədəni xidmət sahələrinin ərazi təşkilinin iqtisadi-coğrafi tədqiqi”, “Müasir iqlim dəyişmələrinin Kiçik Qafqazın şimal-şərq yamacının su ehtiyatlarına təsiri”, “Kiçik Qafqazın cənub-şərq yamacı geosistemlərinin transformasiyası və landşaft planlaşdırma modeli”, “Şəki-Zaqatala iqtisadi rayonu mikrotoponimlərinin tədqiqi”, “Naxçıvan Muxtar Respublikasının siyasi-coğrafi mövqeyinin sosial-iqtisadi inkişafında rolu”, “Şərqi Zəngəzur ərazisində iqlim dəyişmələrinin reanaliz məlumatlarına əsasən tədqiqi”, “Mərkəzi Aran iqtisadi rayonunda texniki bitkilərin istehsalının ərazi təşkili problemləri”, “Mil-Muğan iqtisadi rayonunun təsərrüfat strukturunun dəyişilməsinin iqtisadi-coğrafi xüsusiyyətləri” və “Gəncə-Daşkəsən iqtisadi rayonunda torpaq ehtiyatlarından istifadənin kənd təsərrüfatının ərazi təşkilinə təsiri” mövzuları təsdiqlənib.

Xəbər lenti