Logo

Qansız davranışlı qanlı düşmən

21.09.2022 22:58 623 baxış
IMG

Söylədiklərim kənddə vaqe olur. Kənd əhli içməli suyun çəkilməsinə çox sevinirdi. Fəqət bilmirdilər ki, fəlakət ele bundan sonra başlayacaq.

Günlərin birində kəndli oğlan su borusunun yanına gəldi. Elə kranı açmışdı ki, iş tərs gətirdi. Bu vaxt həmin kəndin sakini olan Əmir dayı da onun yanında idi. 

Su əks istiqamətdə axırdı. Bu an bir nəfər onlara sarı gələrək: "Mən erməniyəm, buradan uzaqlaşın" dedi. Oğlan adamı cidiyyə almadı. Axı su da, boru da kəndimizindi. Əlində cihaz siqnal verməyə başlayanda mən gərildim. 

Əmir dayı
ilə kəndə getmək istəyəndə irəlidən bir erməni generalı və bir neçə erməni əsgərinin
gəldiyini gördüm. Arxa tərəfdə köhnə və kiçik mağaza vardı. Mən tələsik şəkildə mağazanın arxasında
gizləndim. Əmir dayını erməniler tutaraq güllələdilər. Mağazanın arxa tərəfindəki cığırla gedib kənd əhlinə xəbər verməliydim, yoxsa bu ermənilər bütün camaatı qırardı. Səssiz bu cığırla aşağı endim. Gəlib kəndə çatanda gözlərimə inanmadım. Hər kəs narahatlıq və gərgin halda bir tərəfə qaçırdı. Sən demə, ermənilərin su borularının yanında olmasından hamı xəbər tutmuşdu. Anam digər kənddə müəllimlik etdiyi üçün, evdə deyildi. Məktəb də uzaqda
idi. Tələsik xalamın yanına getdim. Nə qədər çalışsaq da anamla telefon əlaqəsi qurmağa mühəssil olmadıq. 

Xalamla evdə olan
lazımlı əşyaları götürüb anamın yanına yola düşmək istədik. Birinci evə tərəf yollanmağı qərara aldıq. Biz evə
çatmağa az qalmış erməni əsgərləri kəndin başından yola düşmüşdülər. Evə çatdıq, vacib əşyaları götürdük. Bu vaxt anamın dar gün üçün saxladığı, rəhmətlik anasından ona tək xatirə qalan əmanəti xatırladım. Qızılı axtarmağa başladım. Vaxt da qızıl qədər qiymətli və az idi. Nəhayət əmanəti tapdım. Xalamla evdən çıxmaq istəyirdik ki, küçədə hərbi formalı bir
neçə erməni qadın göründü. Onlar qonşuluqdakı evə soxuldular. Otaq pəncərəsindən baxan xalam sakit səslə: "Onlar içəri keçdilər, bizim burda olduğumuzu bilməmiş tez çıxıb gedək" - dedi və qapını açıb küçəyə çıxanda hərbi formalı erməni qadın onun qolundan tutaraq qəzəbli şəkildə bağırdı. Sonra qolunu arxaya tərəf buraraq qırdı. Və yerə uzadıb güllələdi. Gözlərim önündə baş verən hadisəyə təslim olaraq yerimdəcə dondum. Və anidən buz kimi gözyaşlarıma hakim ola bilmədim. Bu vaxt hıçqırağımı eşidən erməni cəlladının mən olan səmtə addımladığını eşitdim. Qeyri-ixtiyari şəkildə, gücsüz və don bağlamış bədənimlə arxa otağa keçdim. Hərəkətsiz bir vəziyyətdə üzüstə çarpayının altında uzandım. Birazdan cəllad qadının üzərində qan ləkəli qara rəngli ayaqqabıları göründü. Allaha dua etdim ki, məni ölü bilsin, ya da burada kiminsə olduğunu bilməsin. Bir anlıq səs kəsildi. Getdiyini zənn etdim. Bu an əllərini saçıma dolayaraq məni üzüstə kənara sürüdü və boğmağa başladı. Deyəsən üstündə silah yox idi. Olanları dəqiq xatırlaya bilmirəm. Məndən güclü olsa da onun boğazından yapışmağa fürsət tapdım. Hər ehtimala qarşı üzərimdə saxladığım köhnə xəncəri çıxarıb ona vurdum. Çox qorxmuşdum, sanki əllərim, ayaqlarım bağlanmışdı. Hərəkət edə bilmirdim, amma gözlərimlə cəllad qadının gəbərdiyini seyr edirdim. Özümü tez ələ alıb otaqdan çıxdım. Qapının kandarında xalamın qolu qırıq cansız bədənini görəndə vahimələndim. Göz yaşıma hakim ola bilmədim. Səsimi digər qaniçən erməni cəlladlarının eşidə biləcəyindən ehtiyatlanıb tez qaçmağa başladım. 

Yola çatdım. Yolun digər istiqamətində düşmən irəliləyirdi. Aşağı əyilib gözlədim ki, onlar uzaqlaşsınlar. Xeyli vaxtdan sonra gözdən itdilər. Yoluma davam edərək kəndə sarı üz tutdum. Kəndin mərkəzinə çatanda hər yerdə
qadın, qoca, uşaq cəsədləri gördüm. Bir ana körpəsini qorumaq üçün ona ağac budağı kimi sarılmışdı. Digər tərəfdə yanında partlayan bomba ilə bütün daxili orqanları çölə tökülmüş gənc oğlan cəsədi vardı. Yeni doğulmuş körpə isə ananın qucağında ağlayırdı. Körpəyə
yaxınlaşmaq istəyəndə səsə üzü çapıq, uzun saqqallı erməni cəlladının gəldiyini gördüm. Cəld şəkildə düşmən tankı ilə əzilmiş maşının
arxasında gizləndim. Maşının içində bir ailə məhv olmuş, əzilmişdi. Erməni cəlladı körpəyə yaxınlaşdı, onu qucağına alıb: "Səsini kəs! Gələcəkdə sən də bizi öldürən bir türk əsgəri olacaqsan, sən indi ölməlisən" deyərək
körpənin ağzına möhkəm vurdu. Körpənin ağzı, burnu qan içində idi. Körpə qanı içə-içə ağlayırdı, düşmən belindəki xəncəri çıxarıb körpənin ürəyinə sancdı. Sonra soyuq silahdakı qanı yalamağa başladı. 

Bunları görəndə elə bildim yuxudayam, amma bu həqqiqət idi. Qansız davranışlı qanlı düşmən getdikdən sonra özümü əla alıb yoluma davam
etdim. Axşam düşmüşdü. Qaranlıq və vahiməli qalın meşənin içi ilə gedirdim. Bu zaman qarşıda maşın səsini eşitdim. İşığı meşənin qaranlığını aydınladırdı. Qalın gövdəli ağacın arxasında gizləndim. Onların mənə tərəf gəldiyini də hiss edirdim. Qismətdən məni görmədilər. Saqqalı, bəstəboy və piyli erməni mənə yaxın yerdə dayanmışdı. Onlar
maşının arxasından uşaqları endirdilər və həmin yerdə bir quyu qadılar. Saqqallı düşmən uşaqları soyundurub quyuya atdı, üstlərinə də heyvan (bu, öküz leşi idi. İy
gəlməsinin qarşısını alırdı) leşi tulladı. Torpağı üstünə tökdülər. Uşaq gözlərimlə həmyaşıdlarımın müsibəti az qala gözlərimə qaranlıq çökdürdü, nəfəsim dayanmaq üzrə idi. Az qaldım qışqırıb səsimi göylərə "Allahım, bu
nece vehşilikdi?" deyə duyurum. 

Onlar getdikdən sonra yoluma davam etdim. Ac-susuz qalmağım bir yana, üstəlik də gördüklərim məni fiziki və mənəvi məhv etmişdi. 

Qarşıda bir ev
gördüm. Ora tərəf yaxınlaşdım. İçəridə erməni əsgərləri qədəh döyüşdürür, azərbaycanlı qızına işgəncə verirdilər. Qızın gözünün
qabağında atasını yuxarıdan asaraq diri-diri yandırırdılar. Qoca kişinin alov tutub yanan
bədəni insanı dəhşətə gətirirdi. Bədəni ilpədici (oxu: vahiməli, dəhşətli) vəziyyətdə idi. Qoca kişi çox əzab çəkirdi, sanki cəhənnəm odunda yanırdı. Onun üçün ən acısı isə qızına cəhənnəm şeytanlarının - ermənilərin işgəncə verməsi idi. Allahım, bu bu məxluqlara heyvan da demek olmaz
Kəndə çatmağıma az qalmışdı. Axır ki mənzil başına çatdım, anam orda məni gözləyirdi məni gördüyünə çox sevindi, amma xalamı
yanımda görmədi mən başıma gələn hər şeyi ona danışdım. Sağ gəlib çıxmağım bir
möcüzə idi. 

Aradan uzun illər keçdi. Böyüdüm və müəllim oldum. Başıma gələnləri şagirdlərimə söylədim. Düşmənin vandal münasibətini heç vaxt unutmamağı, onlara qarşı daim ayıq-sayıq olmağı tapşırdım. 

Məmmədova Südabə, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti