Logo

Dövlət qulluqçularının və dövlət qulluğuna hazırlaşan namizədlərin NƏZƏRİNƏ

22.09.2022 09:49 331 baxış
IMG

Vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı keçirilən müsahibələrdə iştirak edən dövlət qulluqçularının və namizədlərin Azərbaycan Respublikasının Konstitusiyası, dövlətin əsasları, dövlət qulluğuna dair qanunvericilik üzrə biliklərinin təkmilləşdirilməsi məqsədilə DİM tərəfindən keçiriləcək müvafiq təlimlərə qeydiyyat elan edilir. Həmçinin dövlət qulluğuna yeni işə qəbul edilən namizədlərin dövlət qulluğu keçmə ilə bağlı praktiki bacarıqlara yiyələnməsi məqsədilə Mərkəz tərəfindən təlim modulları hazırlanıb. 

Tehsil.biz xəbər verir ki, hazırlanmış modullar üzrə 2022-ci ilin oktyabr ayından etibarən təlimlər təşkil olunacaq. Təlim modulları aşağıdakılardan ibarətdir:

-       Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri;

-       Dövlət qulluğuna qəbul: nəzəri və praktiki məsələlər;

-       Əmək qanunvericiliyinin tətbiqi;

-       Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri;

-       İnsan resurslarının idarəedilməsinə ümumi baxış;

-       Liderlik və idarəetmənin əsasları;

-       Dövlət qulluğunda etik davranış qaydalarının praktiki tətbiqi məsələləri;

-       Korrupsiyaya qarşı mübarizə.

Təlimlərdə iştirak ödənişlidir. Namizədlər ilk növbədə DİM-nin rəsmi səhifəsi olan www.dim.gov.az saytına daxil olaraq “Şəxsi kabinet” açmalı (şəxsi kabineti olmayanlar) və aşağıda göstərilən linkə (https://exidmet.dim.gov.az/elimt/telim/) daxil olaraq qeydiyyatdan keçməlidirlər. Təlimlərin intensiv formada həftə sonları keçirilməsi nəzərdə tutulur. Təlimlərin vaxtı və yeri barədə məlumat qruplar formalaşdırıldıqdan sonra namizədin elektron poçt ünvanına göndərilir.

Elektron qeydiyyatla əlaqədar və həmçinin təlim modulları ilə bağlı əlavə məlumat əldə etmək üçün Mərkəzin Təlimlər üzrə sektoruna ( tel: 012-310-53-16, daxili nömrə 1220 ; elektron ünvan: [email protected]) və ya Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev, 299 ünvanında yerləşən inzibati binasına müraciət edə bilərsiniz.

Xəbər lenti