Logo

Peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsinə qeydiyyat davam edir

22.09.2022 10:07 177 baxış
IMG

Peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi üzrə qeydiyyat sentyabrın 29-dək davam edəcək.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

İmtahan kağız daşıyıcılar vasitəsilə iki mərhələ üzrə təşkil olunur. Namizədlər DİM-saytında qeydiyyatdan keçə bilərlər.

İmtahanın 1-ci mərhələsi (mühasibat uçotu üzrə) sentyabrın 25-də, 2-ci mərhələsi (qanunvericilik üzrə) oktyabrın 9-da keçiriləcək.

İmtahanın hər mərhələsinin davametmə müddəti 3 saatdır.

Namizədlərin bilik və bacarıqlarının yoxlanılması məqsədilə hər iki mərhələ üzrə imtahanlarda 40 tapşırıqdan ibarət sual kitabçalarından istifadə olunur. Test tapşırıqları 100 ballıq şkala üzrə qiymətləndirilir. İmtahanın 1-ci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir. İmtahanın 2-ci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, açıq tipli 5 test tapşırığının hər biri 10 balla qiymətləndirilir.

Hər sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.

Peşəkar mühasib sertifikatının birinci mərhələsi üzrə buraxılış vərəqəsini və yaddaş kitabçasını çap edib götürmək mümkündür.

Xəbər lenti