Logo

"Salyan rayonu üzrə uşaq və gənclərin yaradıcılıq festivalı" layihəsinin açılış mərasimi keçirilib - FOTO

22.09.2022 10:34 338 baxış
IMG

"Resurs" Gənclərin İnkişafı ictimai birliyi tərəfindən "Salyan rayonu üzrə uşaq və gənclərin yaradıcılıq festivalı" adlı layihənin açılış mərasimi keçirilib. 

Tehsil.biz xəbər verir ki, mərasim Salyan rayon 2 saylı tam orta məktəbin akt zalında baş tutub. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihənin əsas məqsədi Salyan rayonu üzrə istedadlı uşaq və gənclərin müəyyən olunması, yaradıcı rəqabətin artırılması, festivalın köməyilə ünsiyyət və əlaqələrin formalaşdırılmasına şəraitin yaradılması, onlara öz potensialını üzə çıxarmaq üçün yeni imkanlar yaratmaq və gələcəkdə genişmiqyaslı festivallarda iştirakına təkan verməkdən ibarətdir. 

Salyan rayonunda keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində idarə heyətinin formalaşdırılması və təlimatlandırılması, layihənin təqdimatı və iştirakçıların seçimi, təlimə hazırlıq, ekspertlərin cəlbi və təlimlərin keçirilməsi planlaşdırılıb.

“Salyan rayonu üzrə uşaq və gənclərin yaradıcılıq festivalı” layihəsi nəticəsində 3 nominasiya üzrə (rəsm, musiqi və rəqs) seçilmiş 30 nəfər uşaq və gənclər üçün ustad dərsləri (təlimlər) təşkil olunacaqdır. Ustad dərslərinə peşəkar təlimçilər və ekspertlər cəlb olunacaqdır. Qeyd edək ki, “Salyan rayonu üzrə uşaq və gənclərin yaradıcılıq festivalı” layihəsinin 1 sentyabr - 1 noyabr 2022-ci il tarixləri aralığında həyata keçirilməsi planlaşdırılıb.

Xəbər lenti