Logo

Hər 5 uşaqdan birinin kitabı yoxdur - SƏBƏB

22.09.2022 11:42 336 baxış
IMG

Böyük Britaniyada valideynlərin 51 faizi kitabların çox baha olduğunu deyir. Bu vəziyyət yaşayış xərclərinin savad səviyyəsinə zərər vuracaq həddə çatdığının göstəricisi kimi qəbul edilir.

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyada bu yaxınlarda aparılan bir araşdırma 5-8 yaş arası, təxminən hər beş uşaqdan birinin evdə kitab əldə edə bilmədiyini göstərib. Milli Savadlılıq Fondunun hazırladığı hesabata görə, bu yaş qrupunda evdə öz kitabı olmayan uşaqların nisbəti pandemiyadan əvvəlki dövrlə müqayisədə 1,9 faiz artaraq 18,6 faizə çatıb.

Bu artımın əsas səbəbi kimi yaşayış minimumu göstərilir. Valideynlərin 87 %-i indi birdəfəlik gəlirlərinin daha az olduğunu, 64 %-i isə uşaqları üçün kitablara xərcləməli olduqları pulun miqdarının azaldığını deyir. Yarıdan bir qədər çoxu və ya 51 %-i kitabların çox baha olduğunu düşünür.

Fondun hazırladığı hesabatın hazırlanması üçün keçirilən sorğuda iştirak edən uşaqların yalnız yarısı hər gün kitab oxuduğunu, 8 faizə yaxını isə heç vaxt oxumadığını bildirib.

Xəbər lenti