Logo

Roman Yahoda ASAPES-in proqram direktoru təyin edilib - FOTO

22.09.2022 11:50 315 baxış
IMG

“ComplexCore” təşkilatının icraçı direktoru Roman Yahoda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) "Bədən tərbiyəsi və idmanda reabilitasiya" bakalavr ixtisasinin direktoru təyin olunub.

Tehsil.biz xəbər verir ki, bununla əlaqədar ASAPES-in rektoru Fuad Hacıyev və mütəxəssis arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Roman Yahoda idmançı karyerası ərzində uzun illər cüdo üzrə Avstriya yığma komandasının şərəfini qoruyub və 2 dəfə Dünya Kubokunun, həmçinin dəfələrlə ölkə çempionatlarının qalib və mükafatçısı olub. 2003-cü ildən etibarən peşəkar fizioterapist kimi fəaliyyətə başlayan Yahoda “ComplexCore” təşkilatını təsis etməklə uzun illərdir ki dünyanın tanınmış idmanyönümlü ali təhsil müəssisələri və təşkilatları ilə əməkdaşlıq edir.

Avropanın ali futbol qurumu UEFA-nın, həmçinin Avstriyanın və İsveçrənin elit hakimləri üçün fitnes və fizioteravt xidmətləri göstərən Roman Yahoda “Formula-1”də mübarizə aparan bir neçə komanda ilə də çalışıb.

Xəbər lenti