Nərgiz Baxşəliyeva və Əhməd Ağamalıyev Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasına ödənişli əsaslarla qəbul olublar.
Bu barədə "Tehsil.biz"ə BANM-dən məlumat verilib.
Bakı şəhəri 34 nömrəli tam orta məktəbi Qızıl nişanla bitirən Nərgiz Baxşəliyeva 684.5 bal toplayıb.
Şirvan şəhər Bəhruz Aslanov adına 16 nömrəli tam orta məktəbi Fərqlənmə attestatı ilə bitirən Əhməd Ağamalıyev isə 683.6 bal toplayıb.
Onlar bildirirlər ki, yüksək bal toplamalarına baxmayaraq, BANM-də ödənişli təhsili seçmələrinə səbəb buradakı yüksək səviyyəli təhsil, tələbələrin yüksəkixtisaslı kadr kimi yetişməsi, qəbul olduqları ixtisasa böyük maraqlarının olmasıdır.