Logo

SOCAR-ın prezidenti BANM-in iki əməkdaşını mükafatlandırıb

22.09.2022 12:58 393 baxış
IMG

SOCAR-ın prezidenti Rövşən Nəcəfin əmrinə əsasən, əmək fəaliyyətində fərqləndiklərinə görə təltif edilən bir qrup neftçi arasında Bakı Ali Neft Məktəbinin iki əməkdaşı da var.

Bu barədə "Tehsil.biz"ə BANM-dən məlumat verilib.

Bildirilib ki, Bakı Ali Neft Məktəbinin İqtisadiyyat və uçot şöbəsinin baş mühasibinin müavini Natiq Qurbanov "Fəxri neftçi" döş nişanı, İngilis dili və humanitar fənlər mərkəzinin baş müəllimi Nurlana İmanova isə Fəxri fərmanla təltif olunub.

Xəbər lenti