Oktyabrın 5-nə planlaşdırılan Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayının vaxtı yenə dəyişdiriləcək.
Tehsil.biz xəbər verir ki, bu barədə Bizim.Media-ya AYB-nin mətbuat katibi Xəyal Rza bildirib.
Onun özlərinə görə qurultayın keçiriməsi üçün oktyabrın 5-i də dəqiq deyil və məkan səbəbindən problem yaşayırlar.
“Qurultayın konkret vaxtı ayın sonlarında məlum olacaq. Amma oktyabr ayında keçirilməsi nəzərdə tutulur. Hazırlıq çox yüksək səviyyədə aparılır”.
Xəyal Rza onu da əlavə edib ki, hələki AYB-nin sədr postuna yeni seçkidə iştirak üçün Anar Rzayevdən başqa namizədliyini irəli sürənlər yoxdur.
Qeyd edək ki, bəzi mülahizələrə görə Yazıçılar Birliyinin başına daha gənc rəhbər seçiləcək. Qurultay Bakıda keçiriləcək.