Elm və Təhsil Nazirliyi Bakı və regionlarda fəaliyyət göstərən məktəblərdə bəzi dərs vəsaitlərinin çatışmazlığı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Nazirlikdən "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirilib ki, dövlət və bələdiyyə ümumi təhsil müəssisələri nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrlə yerli təhsili idarəetmə orqanları tərəfindən təqdim olunan tələbat əsasında təmin edilirlər.
“Mütəmadi olaraq dərsliklərin çatışmazlığı və bu kimi hallara dair edilmiş müraciətlər regional təhsil idarələri tərəfindən araşdırılaraq aradan qaldırılır”.