Logo

Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu davam edir

22.09.2022 14:49 431 baxış
IMG

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində  xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulu 30 sentyabr 2022-ci il saat 23:59-dək davam edəcək.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsilinə müraciət üçün tələb olunan sənədlərin siyahısıelan və qeydiyyat linki müvafiq keçiddən əldə oluna bilər.

Əlavə sual yarandığı zaman FAQ/MVS və ya [email protected] mail ünvanına müraciət edə bilərsiniz.

Xəbər lenti