Goranboyda məktəb direktoru ilə müəllim arasında mübahisə yaranıb.
"Tehsil.biz"in məlumatına görə,hadisə rayonun Kələk kənd Qafqaz Məmmədov adına tam orta məktəbində baş verib.
Mübahisə nəticəsinədə direktor müəllimi döydüyü iddia olunur.
Mövzu ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək..