Logo

ADPU-nun müəllimlər Rumıniyada təşkil olunan Beynəlxalq həftədə iştirak ediblər - FOTO

22.09.2022 15:25 284 baxış
IMG

19-23 sentyabr 2022-ci il tarixində Ruminiyanın Qalati şəhərində "Dunărea de Jos" Universitetində (UDJG) Beynəlxalq Əlaqələr Departamentinin Erasmus+ Ofisi tərəfindən təşkil edilən Erasmus+ Beynəlxalq Həftənin ilk buraxılış tədbiri keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə ADPU-nun Xarici Dillər Mərkəzinin baş müəllimləri Muxtarova Simuzər və Babayeva Samirə iştirak ediblər.

Tədbirin əsas mövzusu həm ali təhsildə beynəlmiləlləşmə və rəqəmsallaşdırma strategiyalarını təşviq etmək və gücləndirmək, həm də universitetlərarası əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdir.

5 gün davam edəcək Beynəlxalq Həftə Erasmus+ KA107 Proqramı çərçivəsində əməkdaşlıq etdiyi partnyor universitetlər tərəfindən Galati “Dunărea de Jos” Universiteti haqqında bilavasitə biliklərə, habelə onlar arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə və inkişafına öz töhfəsini verir.

Tədbirin əsas məqsədi mədəni və dil müxtəlifliyi, iştirakçılar və təşkilatçılar arasında nəinki akademik mübadilə layihələri,həmçinin beynəlxalq əlaqələr sahəsində də ən yaxşı təcrübələrin mübadiləsini həyata keçirməkdir.

Xəbər lenti