Logo

Təcrübə prorqamını uğurla keçən ADNSU tələbələrinə sertifikat verilib

22.09.2022 17:01 247 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 6 nəfər tələbəsi Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited (AİMK) şirkətində 3 həftəlik yay təcrübə proqramını başa vurub.

Tehsil.biz xəbər verir ki, iki qurupdan ibarət olan tələbələrin iyul-avqust aylarında AİMK tərəfindən keçirilən yay təcrübə proqramında ADNSU-nun Neft-mexanika fakültəsinin (NMF) 4 nəfər tələbəsi, İnformasiya texnologiyaları və idarəetmə (İTİF) fakültəsinin 2 nəfər tələbəsi iştirak ediblər.

Sonda proqramı uğurla başa vuran 6 nəfər ADNSU tələbəsinə şirkət tərəfindən sertifikatlar verilib. Təqdimat mərasimində ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, AİMK-nin İnsan resurslarının idarə edilməsi və inzibati işlər üzrə mütəxəssisi Cümşüd Cahangirov, Neft-mexanika fakültəsinin (NMF) dekanı, dosent Əli Hikmət Əhmədov , həmçinin həmin fakültənin  elmi işlər üzrə dekan müavini, dosent Tahir Süleymanov tələbələrin təcrübə müddətindəki fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzu ediblər. 

Sonda ADNSU tələbələrinə sertifikat təqdim edilib.

Xəbər lenti