Logo

24 avqustda elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki açıqlanıb

22.09.2022 17:27 89 baxış
IMG

24 avqustda elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

Tehsil.biz xəbər verir ki, elan üzrə 14 dövlət orqanında mövcud olan 44 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.

Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 80 namizədlə 80 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə vəziyyəti Dövlət Statistika Komitəsi, Kənd təsərrüfatı statistikası şöbəsi, Ərzaq balansları sektoru, baş məsləhətçi (1 vakant yer üzrə 12 namizəd), Maliyyə Nazirliyi, Qax Rayonu üzrə Maliyyə Şöbəsi, yerli bölmənin rəhbəri (1 vakant yer üzrə 3 namizəd) üzrə yaranıb.

Müsahibələrin 2022-ci il sentyabrın 27-dən oktyabrın 14-dək olan dövrdə keçirilməsi planlaşdırılır.

Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında "İMTİNA" düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.

Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Xəbər lenti