Logo

Quba və Qusar rayonlarının təhsil işçiləri Təhsil Tələbə Kredit Fondunun fəaliyyəti barədə məlumatlandırılıblar

22.09.2022 18:29 69 baxış
IMG

Sentyabrın 22-də Təhsil Tələbə Kredit Fondunun əməkdaşları Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Quba və Qusar rayonlarının təhsil işçiləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, ümumtəhsil məktəblərinin buraxılış siniflərinin şagirdləri ilə görüşüblər.

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən "Tehsil.biz"ə verilən məlumata görə, görüş çərçivəsində iştirakçılara Fondun tələbələr və tələbə olmaq istəyənlər üçün yaratdığı imkanlar, təhsil tələbə kreditlərinin verilməsi qaydaları haqqında ətraflı məlumat verib, iştirakçıların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırıb.

Qeyd edək ki, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 175 nəfəri oğlan, 300 nəfəri qız olmaqla ümumilikdə 475 nəfər Təhsil Tələbə Kredit Fondunun kreditlərindən faydalanıb.

Xəbər lenti