8 yaşlı soydaşımız Əsnad Baxışzadə Gürcüstanda keçirilən şahmat üzrə dünya çempionatında əsl ustalıq nümayiş etdirib.
Tehsil.biz "Lent.az"a istinadən xəbər verir ki, o, erməni rəqibini 27 gedişə udub.
Əsnad bu qələbəsini qalib ordumuza və şəhidlərin ruhuna həsr etdiyini bildirib.
Qeyd edək ki, Bakı şəhərində, 247 saylı məktəbdə təhsil alan Əsnad lap kiçik yaşlarından şahmatla məşğul olur və müxtəlif nailiyyətlər qazanıb.