Logo

19 ildən sonra Azərbaycana köçən Cavanşir Quliyevə ağır itki üz verdi

22.09.2022 18:50 90 baxış
IMG

Əməkdar incəsənət xadimi, məhşur bəstəkar Cavanşir Quliyevə ağır itki üz verib. Onun qardaşı Elşad Qarayev 69 yaşında dünyasını dəyişib.

Tehsil.biz xəbər verir ki, bu haqda BAKU.WS-ə açıqlama verən məşhur məlumatı təsdiqləyib və hazırda yolda olduğunu, hüzur getdiyini bildirib:

"Qardaşım bu gün rəhmətə gedib. Ölüm haqdır. Bizim hər birimizi gözləyir. Qardaşım uzun müddət idi xəstəlikdən əziyyət çəkirdi, bu gün isə haqqın rəhmətinə qovuşdu".

Cavanşir Quliyevin qardaşı Elşad Quliyev əvvəllər diş həkimi kimi fəaliyyət göstərib.

Xatırladaq ki, bəstəkar Şimali Kipr Türk Cümhuriyyətindən Azərbaycana köçüb. 19 ildir Şimali Kiprin Yakın Doğu Universitetində çalışan professor C.Quliyev bundan sonrakı həyat və yaradıcılığını yenidən doğma vətəndə davam etdirmək qərarına gəlib.

Həmçinin oxuyun: Məşhur bəstəkar Cavanşir Quliyev 19 ildən sonra xaricdən Azərbaycana köçüb

Xəbər lenti