Logo

Azərbaycan Universitetinin daha bir qrup tələbəsi “Galileo” sertifikatını əldə edib

22.09.2022 19:00 79 baxış
IMG

Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələri Fariz Mikayılov, Dünya Rufullayeva, Ruqiyə Xəlilova, Ənvər Ağayev, Emin Hüseynov və Səbuhi Atakişiyev “Galileo” bronlaşdırma sistemi kursunu uğurla başa vuraraq müvafiq sertifikata layiq görülüblər.

Tehsil.biz xəbər verir ki, tələbələrə sertifikatlarını Maliyyə və mühasibat kafedrasının müdiri, dosent Nəriman Böyükkişi və İqtisadiyyat və idarəetmə kafedrasının müəllimi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Qəhrəman Yusupov təqdim edib.

Qeyd edək ki, aviaşirkətlərin və turizm agentliklərinin inteqrasiyası nəticəsində, dörd qlobal bronlaşdırma sistemi (Global Distribution Sistem - GDS) yaradılıb. “Galileo” hazırda dünyadakı dörd qlobal bronlaşdırma sistemindən biridir.

Xəbər lenti