Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) intensiv təcrübə proqramında iştirak edən İsveçrə Konfederasiyasının Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin HES-SO Ali idarəetmə və iqtisadiyyat məktəbinin tələbələri Sumqayıt Texnologiyalar Parkında (STP) olublar.
Bu barədə "Tehsil.biz"ə UNEC-dən məlumat verilib.
Bildirilib ki, STP-də kabel istehsal sahəsi ilə yaxından tanış olan tələbələrə istehsal prosesi və avadanlıq barədə ətraflı məlumat verilib.