Logo

Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub

23.09.2022 08:28 271 baxış
IMG

Bakının Sabunçu rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Tehsil.biz"in "Report"a istinadən məlumatına görə, Zabrat qəsəbəsində avtomobil yolu keçən 2009-cu il təvəllüdlü Məmmədzadə Sirac Raman oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti