Logo

Region gənclərinin hazırladığı startap layihəsi hakatonda qalib olub - FOTO

23.09.2022 08:59 480 baxış
IMG

Azərbaycan Beyləxalq Bankın təşkilatçılığı ilə keçirilən 3-cü Hackathon-StartUp Challenge müsabiqəsində TutorLab komandası qalib olub. İsmayıllı rayonundan qatılan gənclərin bir müddətdir üzərində işlədikləri layihə təşkilatçıların diqqətini cəlb edib.

Tehsil.biz xəbər verir ki, iki ay müddətində davam edən hakatonda müxtəlif mövzulara aid startaplar qalibiyyət uğrunda mübarizə aparıblar. 67 komanda arasında inkubasiya mərhələsinə cəmi 26 komanda vəsiqə əldə edib.Müsabiqənin münsiflər heyəti mövzunun aktuallığı, konsepsiya və plan, həmçinin komandanın səriştəlilik potensialı, təqdimat bacarığı, istifadə olunan yeni texnologiyalar və təklif edilən texniki həllər, o cümlədən layihənin iqtisadi səmərəliliyi və reallaşma potensialını əsas götürərək TutorLab komandasını qalib müəyyən edib.

Qeyd edək ki, TutorLab bir təhsil startapıdır. Müəllimin gündəlik olaraq qiymətləndirdiyi şagirdin valideyni mobil tətbiq vasitəsi ilə anlıq bildirişlər alır və övladının günlük dərs performansına nəzarət edə bilir. Yeni yaranmasına baxmayaraq layihə müəllim və valideynlər tərəfindən böyük marağa səbəb olmuş və yaxın zamanlarda ölkənin bir neçə məktəbində pilot layihə olaraq təhsilimizin inkişafında istifadə ediləcəkdir. Ətraflı məlumatları sosial şəbəkələrimizdən (fb.com/tutorlab.az) əldə edə bilərsiniz.

Xəbər lenti