Logo

Dövlət orqanlarında vakant vəzifələr üzrə müsahibələrdə 396 namizəd uğur qazanıb

23.09.2022 10:18 395 baxış
IMG

Əlli iki dövlət orqanında mövcud olan 282 vakant vəzifə üzrə (B növü) iyunun 13-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 4231 nəfər müraciət edib. Bu gün saat 10:15-dək olan məlumata görə, 396 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Müsabiqənin müsahibə mərhələsi oktyabrın 14-də başa çatacaq.

Xəbər lenti