Logo

Yüksək nəticə göstərərək BMU-İNHA İDP-yə qəbul olmuş tələbələrlə görüş keçirilib

23.09.2022 11:25 245 baxış
IMG

2022/2023-cü tədris ili üzrə yüksək bal toplayaraq Bakı Mühəndislik Universiteti (BMU) və Koreyanın İNHA Universitetinin birgə həyata keçirdiyi beynəlxalq ikili diplom proqramına (İDP) qəbul olmuş tələbələrlə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə çıxış edən BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Manafəddin Namazov tələbələri qazanqıqları nailiyyətlər münasibətilə ilə təbrik edərək, universitetin tarixi, burada tələbələr üçün yaradılan təhsil mühiti, eyni zamanda mühəndislik ixtisasları üzrə tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramının əhəmiyyəti və digər məsələlərdən danışıb.

BMU-İNHA İDP-nin direktoru Humay Cəfərli artıq 3 ildir ki, uğurla icra olunan proqramın 2022/2023-cü tədris ili üzrə statistik göstəricilərini diqqətə çatdırıb. Cari tədris ilində daha yüksək göstəricilərin qeydə alındığını deyən H.Cəfərli proqram üzrə nəzərdə tutulan tələbə qəbulunun müvəffəqiyyətlə tamamlandığını, İDP çərçivəsində oxumaq hüququ qazanmış tələbələrin 50 nəfərinin 500, 49 nəfərinin isə 600 baldan çox nəticə göstərdiyini bildirib.

BMU-İNHA İDP üzrə layihə direktoru Yang Hyunjin da çıxışında qazanılan yüksək nəticələrə toxunaraq tələbələrə proqram haqqında zəruri məlumatlar təqdim edib.

Sonra çıxış edənlər - Mühəndislik fakultəsinin dekanı Hüseyn Mirzəyev, dekan müavini Əli Həsənov, Riyaziyyat və İnformatika kafedrasının müdiri Hümbət Əliyev, Riyaziyyat kafedrasının müdiri Rakib Əfəndiyev tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan davamlı işlər, dərslərin təşkili, universitetin tələbə mühiti və digər məsələlərdən söz açıblar.

Tələblər proqram üzrə müvafiq qayda və prosedurlarla tanış edilib, onları maraqlandıran məqamlar ətraflı izah olunub.

Qeyd edək ki, BMU-İNHA İDP-yə qəbul olan tələbələr sırasında ən yüksək nəticə göstərən - Zoyarida Rəhimova Fazil qızı 667,5 balla İnformasiya texnologiyaları ixtisasını, Nilufər Hüseynli Aqil qızı 648,7 balla İnşaat mühəndisliyi ixtisasını, Zərifə Daşdəmirli Fuad qızı 643,5 balla Elektronika mühəndisliyi ixtisasını, Amin İslamov Adil oğlu 619,8 balla Elektrik mühəndisliyi ixtisasını seçib.

Xəbər lenti