Logo

”Teknofest” qalibi BANM tələbəsi: “SOCAR prezidentininbizimlə görüşü böyük motivasiya yaratdı” - FOTO

23.09.2022 11:31 272 baxış
IMG

Fatimə Məmmədova may ayında Bakıda keçirilən “Teknofest” Aerokosmik və Texnologiya festivalında I yerə layiq görülmüş “Atəşgah” komandasının üzvlərindən biridir. Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının IV kursunda təhsil alır.

Tehsil.biz xəbər verir ki, o, SOCAR-ın prezidenti Rövşən Nəcəfin Bakıda “Teknofest” qalibləri ilə görüşündə iştirak edib, həmçinin Türkiyənin Samsun şəhərində keçirilən festivala qatılıb.

Təəssüratlarını bölüşən BANM tələbəsi bildirir ki, SOCAR prezidenti Rövşən Nəcəflə görüş onlarda gələcək planları ilə bağlı böyük motivasiya yaradıb:

“SOCAR prezidentinin “Teknofest” qaliblərini qəbul etməsi bizə, layihəmizə göstərilən böyük diqqətin sübutudur. Rövşən Nəcəfin bütün layihələrimizlə tanış olması, hamımızın adlarını bilməsi bizi çox heyrətləndirmişdi”.

Fatimə bildirir ki, bu görüş həm də Samsunda keçirilən tədbir zamanı onlarda böyük ruh yüksəkliyi yaradıb:

“Böyük bir arenada layihələrimizi təqdim etmək, münsiflər qarşısında çıxış etmək xüsusi bir təcrübə idi və əvəzolunmaz xatirələrlə yadda qaldı”.

Xəbər lenti