Logo

Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor TƏYİN EDİLDİ

23.09.2022 13:28 491 baxış
IMG

“Xalq qəzeti”nə yeni baş redaktor təyin olunub.

Tehsil.biz Modern.az-a istinadən xəbər verir ki, bu, Mətbuat Şurasının sədri, keçmiş deputat Əflatun Amaşovdur. Bir qədər öncə yeni baş redaktor qəzetin kollektivinə təqdim olunub.

Yeni baş redaktoru kollektivə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova təqdim edib.

Xatırladaq ki, "Xalq qəzeti"nin əvvəlki baş redaktoru Həsən Həsənov iki gün öncə tutduğu vəzifədən azad edilib.

Xəbər lenti