Logo

Gürcüstanın azərbaycandilli məktəblərinə 21 mindən nüsxədən çox dərslik göndərilib - FOTO

23.09.2022 16:52 292 baxış
IMG

Azərbaycanın Elm və Təhsil Nazirliyi 2022-2023-cü tədris ili üçün Gürcüstanın azərbaycandilli orta məktəblərinə 18 adda 21 703 nüsxə dərslik göndərib.

Bu barədə APA-nın yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib. Qeyd olunub ki, vəsaitlərə I-XI siniflər üçün "Azərbaycan dili" və "Ədəbiyyat" dərslikləri daxildir. Dərs vəsaitləri Azərbaycanın Elm və Təhsil Nazirliyi və Gürcüstandakı səfirliyinin məsul əməkdaşlarının iştirakı ilə bu ölkənin Elm və Təhsil Nazirliyinə təhvil verilib.

Dərsliklərin azərbaycandilli məktəblərə paylanılması prosesinə yaxın günlərdə start veriləcək. Proses Gürcüstan Elm və Təhsil Nazirliyinin xətti ilə regional təhsil resurs mərkəzləri vasitəsilə həyata keçiriləcək.

Gürcüstandakı soydaşlarımızın Azərbaycan dilində dərsliklərlə təmin olunmasının əsası 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qoyulub. Bu günədək Gürcüstana çatdırılan dərslik və metodik vəsaitlərin sayının 650 minə yaxın olduğu bildirilir.

Xəbər lenti